Ramal Hüseynova baş məşqçi tapdılar
17.01.2009 - 13:03
Azərbaycan futbolçular Rəşad Sadıqovla Ramal Hüseynovun baxışda olduqları Türkiyənin “Kocaelispor” klubu özünə yeni baş məşqçi tapıb. Apasport.az saytının məlumatına görə, Türkiyə Superliqasında sonuncu yerdə qərarlaşan komandanın baş məşqçi postuna Erhan Altın gətirilib. Onun köməkçiləri Dursun Karabacak və qapıçılarla işləyən Şenol Odabaş olacaq.
1956-cı il avqustun 28-də anadan olan Altın məşqçilik karyerası çoxlu klublara bağlı olub. İndiyədək “Əskişəhərspor”, “Çanspor”, “Diyarbəkirspor”, “Elazığspor”, “Akçaabat Sebatspor”, “Dənizlispor” və “Bursapor” klublarında məşqçilik edib.
Qeyd edək ki, Rəşad “Kocaelispor”la yollarını ayırsa da, Ramalın bu kluba keçidi gündəmdədir. Kocaeli təmsilçisinin yeni transferlərinə baş məşqçi qərar verəcək.

- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
0
0