Türkiyə klubunda 8 futbolçu zəhərləndi
17.01.2009 - 15:33
Türkiyənin “Ödemiş Belediyespor” futbol klubunun üzvləri xoşagəlməz hadisə ilə üzləşiblər. Apasport.az saytının məlumatına görə, komandanın 8 oyunçusu zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirib. Müayinə zamanı onların klubun bazasında axşam yeməyində zəhərləndikləri ortaya çıxıb.
Barış, Mali, Burak, Melih, Erhan, Eren, Erol və Erhan Eriten adlı futbolçular baş ağrısı və ürək bulanmasından şikayət etdikdən sonra dərhal Ödemiş Dövlət Xəstəxanasına çatdırılıblar. Hazırda futbolçuların səhhəti normaldır, müalicə davam edir.
Kütləvi zəhərlənmə “Ödemiş Belediyespor” klubunun planlarına mənfi təsir göstərib. Baş məşqçisi Levent Bayraqdar deyib ki, yanvarın 18-də “Dənizgücü”yə qarşı keçiriləcək görüşün hazırlığı dayandırılıb. Sabahkı matçın baş tutub-tutmayacağı məlum deyil.
“Ödemiş Belediyespor” İzmir Super həvəskar liqasının B qrupunda mübarizə aparır. Sözügedən komanda 10 turdan sonra 20 xalla 3-cü pillədə qərarlaşıb.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0