“Xəzər-Lənkəran” Rusiya çempionatının qızıl mükafatçısı ilə bacaracaqmı?
19.01.2009 - 12:25
“Xəzər-Lənkəran” Rusiya çempionatının qızıl mükafatçısı ilə bacaracaqmı?
Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran”ın yoxlama oyunlarındakı növbəti rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Qazaxıstanın “Atırau” klubundan qarşılaşmaq təklifi alan lənkəranlılar bu komanda ilə görüşməyə razılıq verib. Lakin matç qazaxların istədiyi kimi, yanvarın 20-də deyil, iki gün sonra keçiriləcək. Buna səbəb İqor Ponomaryovun yetirmələrini sabah başqa matça çıxarmasıdır. Belə ki, “Xəzər-Lənkəran” yanvarın 20-də Rusiyanın “Rostov” komandası ilə üz-üzə gələcək. Rostovlular ötən il qızıl medal qazandıqları birinci diviziondan Premyer Liqaya yüksələrək, bu ildən yenidən güclülər sırasına qayıdıb.

Qeyd edək ki, təmsilçimiz Antalyada üç sınaq matçı keçirib və onların ikisində qalib gələrək, yalnız son qarşılaşmada uduzub.
0