Bizə bir xal lazımdır və ya Azərbaycan klublarının 20 yanvarda keçirdiyi oyunlar
19.01.2009 - 12:37
Bizə bir xal lazımdır və ya Azərbaycan klublarının 20 yanvarda keçirdiyi oyunlar
Sabah “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində qrup mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, Moskvada keçirilən yarışda ilk dəfə ölkəmizi təmsil edən Bakının “İnter” klubuna adını ¼ finalçılar sırasına yazdırmaq üçün cəmi bir xal qazanmaq kifayətdir. Rəqib Latviyanın “Ventspils” klubunun artıq ¼ finala vəsiqəni artıq təmin etməsi də komandamızın işinə yarayır. Ancaq Azərbaycan çempionu son turda uduzsa belə, ¼ finala çıxa bilər. Hər halda, Bakı təmsilçisi qrupdan çıxmaq şansı qalan “Dordoy-Dinamo” (Qırğızıstanın) ilə müqayisədə topların fərqinə görə yaxşı göstəriciyə malikdir.

Valentin Xodukinin komandası sabah “Olimpiya” manejində Bakı vaxtı ilə saat 14:00-da başlayacaq Latviya çempionu ilə görüşdə uğurlu ənənəni davam etdirməlidir. Məsələ ondadır ki, “Birlik kuboku”nda iştirak edən klublarımız son 4 ildə bir qayda olaraq qrupdan çıxıb. Buna iki dəfə “Neftçi”, hərəyə bir dəfə isə “Bakı” ilə “Xəzər-Lənkəran” nail olub. ¼ finalda mübarizəni dayandıran “Bakı” istisna olmaqla, qalanları finala çıxıb.

“Neftçi” 2006, “Xəzər-Lənkəran” isə 2008-ci ildə kuboku ölkəmizə gətirib. Sonuncu dəfə “Birlik kuboku”nda qrupda qalan təmsilçimiz “Qarabağ-Azərsun” olub. 2004-cü ildə Şahin Diniyevin çalışdırdığı komandamız Litvanın “Kaunas”, Moldovanın “Şerif” klubları və Rusiyanın 19 yaşlılardan ibarət yığması ilə yer aldığı qrupda 3-cü yeri tutub.

“İnter” üçün sabahkı oyunla bağlı digər prinsipial məqam matçın yanvarın 20-də keçirilməsidir. Belə ki, Azərbaycan üçün matəm günündə üzücü nəticə göstərmək ən azı mənəvi baxımdan yolverilməzdir. Düzdür, indiyə kimi qara bu tarixdə uduzduğumuz hallar olmasını hər dəfə təəssüflə xatırlamalı oluruq. Üç il öncə “Neftçi” “Birlik kuboku”nu qazandığı zaman isə yanvarın 20-də bədnam qonşularımız ermənilərlə görüşməli idik. Ancaq “Pünik” futbolumuzun flaqmanına uduzmaqdan qorxaraq, Rusiyadan qaçdığı üçün oyun baş tutmadı. Nəticədə texniki qələbə verilən “Neftçi” birbaşa finala vəsiqə qazandı.

1

Ventspils

2

2

0

0

4-1

6

2

“İnter” (Bakı)

2

1

1

0

3-1

4

3

“Dordoy-Dinamo”

2

0

1

1

0-1

1

4

“İnter” (Turku)

2

0

0

2

2-6

0



Azərbaycan klublarının “Birlik kuboku”nda yanvarın 20-də keçirdiyi oyunlar

2001-ci il, qrup mərhələsi: “Şəmkir” – “Dustlik” (Özbəkistan) – 1:1
2002-ci il, qrup mərhələsi: “Şəmkir” – “Dinamo” (Kiyev, Ukrayna) – 0:3
2004-cü il, qrup mərhələsi: “Qarabağ-Azərsun” – “Kaunas” (Litva) – 0:3
2006-cı il, yarımfinal: “Neftçi” – “Pünik” (Ermənistan) – 3:0 (texniki qələbə)
2007-ci il, qrup mərhələsi: “Bakı” – “Şerif” (Moldova) – 3:4
2008-ci il, qrup mərhələsi: “Xəzər-Lənkəran” – “Reqar-TadAZ” (Tacikistan)– 2:1
0