Çexiyalılar Azərbaycan yığması ilə yoldaşlıq görüşü keçirməyə razılıq verib
19.01.2009 - 12:49
Çexiyalılar Azərbaycan yığması ilə yoldaşlıq görüşü keçirməyə razılıq verib
Azərbaycan yığmasının Dubaydakı hazırlıq prosesində Çexiya çempionu “Slaviya” ilə qarşılaşacağı gözlənilir. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, milli komandamız hazırda ölkə çempionatının lideri olan Praqa təmsilçisi ilə fevralın 7-də yoldaşlıq görüşü keçirməklə bağlı artıq ilkin razılıq əldə edib. Yanvarın 27-dən fevralın 11-dək Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışı keçirəcək yığmamız fevralın 1-də Özbəkistan, 11-də Küveyt millisi ilə qarşılaşacağı artıq dəqiqləşib.

Qeyd edək ki, “Slaviya” ilə indiyədək keçirdiyimiz hər iki görüş avrokuboklara təsadüf edib və bizim üçün uğursuz olub. Belə ki, 2001-ci ildə “Şəmkir” Çempionlar Liqasının (ÇL) ikinci təsnifat mərhələsində praqalılara hər iki görüşdə uduzub – 0:1 və 1:4. “Slaviya” ilə “Karvan”ın 2006-cı ildəki görüşü isə UEFA kuboku çərçivəsində olub. Yevlaxlılar “Şəfa” stadionunda yenildiyi (0:2) “Slaviya” ilə səfərdə qolsuz heç-heçə edib.

“Slaviya” 2007/08 mövsümündə ÇL-nin qrup mərhələsində mübarizə aparıb.
0