“İnter”i “Birlik Kuboku” turnirində qrupda saxlamaq istəyirlər
19.01.2009 - 13:04
“Bakının “İnter” klubu ilə görüşdə oyunumuz heç alınmamışdısa, “Ventspils”lə matçda bu baxımdan vəziyyət fərqli idi. Azərbaycan komandası ilə qolsuz heç-heçə etdiyimiz oyunda bəxtimiz çox gətirdiyi halda, Latviya çempionuna çətin anlar yaşatdıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Qırğızıstanın “Dordoy-Dinamo” klubunun baş məşqçisi Sergey Dvoryankov deyib.
Son Azərbaycan çempionu “İnter”lə “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində bir qrupda yer alan Narın təmsilçisinin çalışdırıcısı ¼ finala çıxacaqlarını mümkün sayır. Vaxtilə Moskva “Spartak”ında çıxış edən Dvoryankovun fikrincə, komandası üç xal geri qaldığı bakılıları qabaqlaya bilər: “Əlbəttə, qrupdan çıxmaq vəzifəsini yerinə yetirməyimiz realdır. Son turda “Ventspils” Bakı “İnter”ini hətta minimal hesabla udsa belə, şansımız qalır. Bu halda, Finlandiyanın “İnter” klubunu böyük hesabla məğlub etməklə, ¼ finala çıxmış olacağıq. Biz Turku təmsilçisinin ilk turda “Ventspils”lə görüşünü izləmişik. Açığı, finlərin oyunu heç yaxşı təsir bağışlamadı. Onları yenib, ¼ finala çıxmağa çalışacağıq. Əgər biz Turku təmsilçisini udub, qrupdan çıxmasaq belə, azarkeşlərimiz bizdən inciməyəcək”.
Qeyd edək ki, qırğızların sabah görüşəcəyi Turkunun “İnter” klubu ¼ finala yüksəlmək şansını artıq itirib.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0