“Qəbələ”nin transferə çıxardığı futbolçunu Bolqarıstana çağırırlar
19.01.2009 - 13:38
“Qəbələ”nin transferə çıxardığı futbolçunu Bolqarıstana çağırırlar
“Qəbələ” klubunun sabiq futbolçusu Asen Nikolov karyerasını Bolqarıstanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, vətəninə qayıdan bolqar yarımmüdafiəçi “Slaviya” klubunun maraq dairəsinə düşüb. Sofiyalılar Azərbaycanda çıxış etdiyi vaxt “Turan” və “Bakı”nın da şərəfini qorumuş 33 yaşlı Nikolovun yolunu gözləyir. Klubdan Bolqarıstan mətbuatına verilən açıqlamada onların yarımmüdafiəçi ilə ciddi maraqlandığı bildirilir: “Asenin komandanın düşərgəsinə qatılmasını gözləyirik. Bizim məşqçilər korpusu yarımmüdafiəçinin komandaya gəlməsini istəyir və bu baş verərsə çox sevinərlər. “Bebeto” ləqəbli futbolçunun təcrübəsinə ehtiyacımız var”.

Qeyd edək ki, cari mövsümün birinci dövrəsi başa çatmamış “Qəbələ” Nikolovu transferə çıxarmışdı.
0