Milli komandanın mərkəz müdafiəçisi “Qarabağ”da
19.01.2009 - 14:12
Milli komandanın mərkəz müdafiəçisi “Qarabağ”da
Ağdamın “Qarabağ” klubu dövrələrarası fasilədə üçüncü transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən ağdamlılar “Hacettepe” klubunda çıxış edən alban futbolçu Admir Teli ilə anlaşıb. Bir müddət əvvəl “Neftçi”dən qovulan oyunçular Rəşad Sadiqovla Elnur Allahverdiyevi sıralarına qatan “Qarabağ” mərkəz müdafiəçisi ilə “6 ay + 1 il” şərtilə müqavilə bağlayıb. Albaniyanı milli komandasına cəlb olunan 28 yaşlı Teli iki ay əvvəl Bakıda da olub. Lakin noyabrın 19-da keçirilən yoldaşlıq oyununda o millimizi ehtiyat oyunçular skamyasından izləyib. “Hacettepe”yə qədər Admir 8 il Albaniyanın “Vlajniya” klubunun şərəfini qoruyub.

Qeyd edək ki, Azərbaycan və Albaniya milli komandaları arasında həmin qarşılaşma 1:1 hesabı ilə nəticələnib.
0