“Konyaspor” rəsmisi Sadıqovun keçidində problem görür
19.01.2009 - 14:15
“Konyaspor” rəsmisi Sadıqovun keçidində problem görür
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun anlaşdığı iddia olunan Türkiyənin “Konyaspor” klubu növbəti transferini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, konyalılar norveçli Branimir Polyaçı sıralarına qatıb. Klub rəsmisi Mustafa Düzkaya hər şeyin həll olunduğunu, yalnız sənədə imza atılmasının qaldığını bildirib. O, bir neçə futbolçu ilə danışıqlar apardıqlarını, lakin onların bəzilərinin sonradan menecerləri qarışıq yoxa çaxdığını da etiraf edib. Bu səbəbdən danışıqların səmtini dəyişdirmək məcburiyyətində qalaraq vaxt itirmələrinə üzülən Düzkaya qarşıdakı planları da açıqlayıb: “Danışıq apardığımız bəzi oyunçular əvvəlki klubları ilə tam üzülüşə bilməyib. Bu səbəbdən onların keçidində problem yarana bilər. Ümumilikdə, bundan sonra 1-2 oyunçunu da heyətimizə qatacağıq”.
Qeyd edək ki, Sadıqov hələ də “Neftçi”nin oyunçusudur.
0