“Azərbaycanlı futbolçu bizə lazım deyil”
19.01.2009 - 14:34
“Azərbaycanlı futbolçu bizə lazım deyil”
Moldovanın “Daçiya” klubu Azərbaycanın olimpiya yığmasının sabiq hücumçusu Fərid Quliyevi transfer etmək istəmir. Apasport.az saytının məlumatına görə, Kişinyov təmsilçisinin rəhbərliyi Salyanın “Muğan” klubunda çıxış edən 23 yaşlı futbolçunun maraq dairələrinə düşməsi ilə bağlı yayılan məlumatlara öz münasibətini bildirməli olub. Onlar Türkiyəyə baxışa gəlməyə hazırlaşan Fəridi heyətlərinə cəlb edəcəklərini təkzib edib: “Son günlərdə Azərbaycanın və Moldovanın bəzi mətbu orqanlarında azərbaycanlı futbolçunun xidmətində maraqlı olmağımızla bağlı informasiyalar yayılır. “Daçiya” futbol klubunun rəhbərliyi bunun həqiqətəuyğun olmadığını bildirir. Fərid Quliyev maraq dairəmizə daxil deyil”.

Qeyd edək ki, iki il öncə “Bakı”nı İntertoto kubokunda mübarizədən kənarlaşdıran “Daçiya” hazırda turnir cədvəlində 2-ci yerdə gedərək, lider “Şerif”dən 8 xal geri qalır.
0