Maradona kürəkəninə məsləhət verdi
19.01.2009 - 14:41
Maradona kürəkəninə məsləhət verdi
Argentina milli komandasının baş məşqçisi Dieqo Armando Maradona kürəkəni, “Atletiko”nun hücumçusu Serxio Aqueroya məsləhət verib. Apasport.az saytının məlumatına görə, əfsanəvi futbolçu Aqueronun İngiltərədə oynamasını istəyir. Maradona kürəkəninə deyib ki, “Çelsi” və ya “Mançerter Siti”dən təklif gələcəyi təqdirdə, buna müsbət cavab vermək lazımdır.

Aquero 2008-ci ildə İspaniyada ən çox təklif alan futbolçudur. Argentina yığmasının heyətində Pekin Olimpiadasında qızıl medal qazandıqdan sonra 21 yaşlı oyunçunu transfer etmək istəyən klubların sayı birə-beş artıb.

Qeyd edək ki, Serxio Maradonanın kiçik qızı Cianninanın həyat yoldaşıdır. Gələn ay onların oğlan övladı dünyaya göz açacaq. Uşağa Serxionun atasının şərəfinə Leo adı qoyulacaq. “Atletiko” rəhbərliyi Maradonanın hələ dünyaya gəlməmiş nəvəsi ilə müqavilə bağlamaq niyyətindədir. Madrid klubunun prezidenti Enriko Sereso hesab edir ki, oğlan genetik cəhətdən böyük futbolçu olacaq və onunla tezliklə müqavilə imzalamaq məqsədəuyğundur.
0