“Neftçi” ruslarla yox, almanlarla qarşılaşacaq
19.01.2009 - 14:58
“Neftçi” ruslarla yox, almanlarla qarşılaşacaq
Antalyada təlim-məşq toplanışında olan “Neftçi” klubunun “Moskva” ilə sabaha nəzərdə tutulan yoxlama matçı baş tutmayacaq. Bu barədə apasport.az saytına komandanın mətbuat xidmətinin rəhbəri Səbuhi Səfiyarlının məlumat verib. Onun sözlərinə görə, komanda rəsmiləri belə qərara gəliblər ki, qanlı 20 yanvar hadisələrinin ildönümü günündə meydana çıxmasınlar. Bu səbəbdən “Moskva” klubunun əvəzedici komandasına bir gün sonra görüşmək təklif olunsa da, ruslar bundan imtina ediblər.

Buna baxmayaraq, “Neftçi” klubunun yanvarın 21-də yoxlama matçında qüvvəsini sınayacağı istisna deyil. Səfiyarlı bildirib ki, hər hansı problem çıxmasa, Almaniyanın ikinci Bundesliqasında çıxış edən “Kikkers Offenbax”la matç baş tutacaq. Yanvarın 23-də növbəti yoxlama görüşü keçirməyi planlaşdıran flaqman ertəsi gün Bakıya qayıdacaq.
0