“Neftçi” Latviya yığmasının hücumçusunun bəyənmədi
19.01.2009 - 15:22
“Neftçi” Latviya yığmasının hücumçusunun bəyənmədi
Bakının “Neftçi” klubu baxışa gələn daha bir legioneri geri qaytarıb. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan komandamızın alman baş məşqçisi Hans-Yurgen Gede latviyalı hücumçu Kristaps Qrebjisi də bəyənməyib. Latviya milli komandasının şərəfini qorumuş futbolçu artıq yola salınsa da, slovak Mixal Kubala hələ də məşqlərini davam etdirir. Yeni gələnlərdən braziliyalı Eduardo Dubalaya həmyerlisi Dieqo Rivalore də qoşulub. Flaqman hər iki hücumçu ilə bağlı yekun qərarı birigün Almaniyanın ikinci bundesliqa təmsilçisi “Kikkers Offenbax” klubu ilə keçirəcəyi yoxlama oyunundan sonra verəcək.
0