“Karvan” ikinci transferini rəsmiləşdirdi
19.01.2009 - 16:20
“Karvan” ikinci transferini rəsmiləşdirdi
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Yevlaxın “Karvan” klubu növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl Murad Ağakişiyevi sıralarına qatan yevlaxlılar 29 yaşlı Aleksandr İntskirvelini geri qaytarıb. 2005-ci ildə “Karvan”a gələn gürcü müdafiəçi komandanın heyətində üç il oynadıqdan sonra ötən ilin yayında vətəninə yollanmışdı. Son yarım ildə Tiflis “Dinamo”sunda çıxış edən İntskirveli yenidən “Karvan”da çıxış edəcək. Legionerlə il yarımlıq müqavilə bağlayan yevlaxlılar müdafiəçini Antalyaya göndərib. Komandanın baş məşqçisi Yunis Hüseynov yaxşı tanıdığı futbolçunu yenidən sınamaq istəməyərək onunla birbaşa müqavilə imzalanmasını lazım bilib.

Qeyd edək ki, “Karvan”la ölkə çempionatının gümüş mükafatını qazanan İntskirveli ölkə kubokunun finalında və UEFA kubokunun ikinci mərhələsində də yevlaxlıların heyətində forma geyib.
0