Cahangir Həsənzadə: O pula Türkiyəyə getməyə dəyməzdi
20.01.2009 - 00:12
Cahangir Həsənzadə: O pula Türkiyəyə getməyə dəyməzdi
“Türkiyədən bu gün qayıtmışam. Aşağı liqa təmsilçilərindən “Sakaryaspor”da yoxlama, “Kartalspor”un heyətində ikitərəfli oyunda sınandım. Məni bəyənsələr də, orda qalmaq ürəyimcə olmadı. Bu da maddi məsələlərlə bağlıdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq qapıçısı Cahangir Həsənzadə deyib.

“Qəbələ” klubunun transferə çıxardığı 30 yaşlı qapıçının karyerasını Türkiyədə davam etdirmək arzusu baş tutmayıb: “Hazırda Türkiyə komandalarında maddi vəziyyət çox aşağıdır. Aşağı liqa təmsilçiləri böhranda olduğu üçün əsasən yerli futbolçulara üstünlük verirlər, gəlmələrə isə çox az pul verirlər. “Sakaryaspor” və “Kartalspor”un təklif etdiyi pul mane qane etmədi. Həmin məbləğə Türkiyəyə getməyə dəyməzdi”.
0