“Fərrux İsmayılovun “Qaziantepspor”da oynamaq şansı qalıb”
20.01.2009 - 00:23
“Fərrux İsmayılovun “Qaziantepspor”da oynamaq şansı qalıb”
Azərbaycan yığmasının sabiq hücumçusu Fərrux İsmayılov Türkiyənin “Qaziantepspor” klubunda baxışdadır. Apasport.az saytının məlumatına görə, 31 yaşlı futbolçu karyerasını bu ölkənin superliqasında davam etdirməyə yaxındır. Bu barədə apasport.az saytına açıqlama verən milli komandamızın sabiq qapıçısı Cahangir Həsənzadə Fərruxun Türkiyədə çıxış edəcəyinin reallaşacağına inanır: “Bizim transfer çalışmaları ilə türk menecer məşğul olur. Yanvarın 24-də çempionatda növbəti oyunu olan “Qaziantespor” hücumçu sarıdan ciddi korluq çəkir. Buna görə də Fərruxun gəlişini çox təkid ediblər. “Qaziantepspor”un bu ayın sonuna yeni futbolçu transfer etməyə vaxtı var. Bunu nəzərə alsaq, Fərruxun şansı qalıb”.

Qeyd edək ki, Fərruxla Cahangir “Qəbələdə” olduğu kimi “Neftçi” və Azərbaycan milli komandasında da birgə çıxış edib.
0