İspaniya Portuqaliyanı özünə şərik seçdi
19.01.2009 - 18:59
İspaniya Portuqaliyanı özünə şərik seçdi
İspaniya Portuqaliya ilə birlikdə 2018-ci ildə keçiriləcək dünya çempionatının final mərhələsini qəbul etmək istəyindədir. Apasport.az saytının məlumatına görə, Portuqaliyanın paytaxtı Lissabonda bir araya gələn federasiya rəhbərləri ortaq təşkilatçılıq barədə qərar qəbul ediblər. Bu ölkələr turnirə gələcək 2 milyon turistdən 1,8 milyon avro qazanmaq arzusundadır. Onlar yanvarın sonunadək namizədliklərini FİFA-ya təqdim edəcək. İspaniya-Portuqaliya cütündən başqa Hollandiya-Belçika, Avstraliya və ABŞ da 2018-ci il dünya çempionatını qəbul etmək istəyir. Həm 2018, həm də 2022-ci ilin final mərhələsinin ev sahibləri 2010-cu ilin dekabrında müəyyənləşəcək.

Qeyd edək ki, həm də 2016-cı ilin Olimpiya Oyunlarını qəbul etmək istəyən İspaniya 1982-ci ildə də dünya çempionatının final mərhələsini təşkil edib.
0