Qara sarğıda əzmkar qələbə
19.01.2009 - 19:02
Qara sarğıda əzmkar qələbə
Bakının “Olimpik” klubu Türkiyədəki hazırlıq prosesinə qələbə ilə başlayıb. Apasport.az saytının məlumatına görə, ötən mövsümün gümüş mükafatçısı Rusiyanın Premyer Liqa təmsilçisi “Krılya Sovetov”u 4:2 hesabı ilə məğlub edib. “Olimpik”in əcnəbi hücumçuları – Roman Axalkatsi ilə braziliyalı Junivan Suares hərəyə iki qol vurub. Fasiləyə 1:2 hesabı ilə geridə yollanan Əsgər Abdullayevin yetirmələri ikinci hissədə vurduğu üç qolla əzmkar qələbə qazanıb.

1990-cı il 19-20 qanlı yanvar hadisələrinin növbəti ildönümü ilə əlaqədar bakılılar meydana qara sarğı ilə çıxıb. Hazırda “Olimpik”də yeganə yeni futbolçu Aleksandr Qoqoberişvilidir. Komanda “Qarabağ”ın yollarını ayırdığı 32 yaşlı gürcü yarımmüdafiəçi ilə cari mövsümün sonuna qədər anlaşıb. Bununla da Abdullayev hələ “Bakı”da rəhbərliyi altında oynadığı Qoqoberişvili ilə yenidən çalışacaq.

Qeyd edək ki, “Olimpik” Antalyadakı toplanışında növbəti oyunlarını yanvarın 22-də və 28-də müvafiq olaraq Rusiyanın birinci divizion təmsilçiləri - “Ural” və “Şinnik”, 25-də Rumıniyanın yüksək liqasında çıxış edən “Universtatya” klubu ilə keçirəcək. Komandamız yanvarın 30-da vətənə dönəcək.
0