Corco Armani: Kakanı satmaqdansa, “Milan”ı satmaq yaxşıdır
19.01.2009 - 19:43
Corco Armani: Kakanı satmaqdansa, “Milan”ı satmaq yaxşıdır
İtaliyanın “Milan” klubunun braziliyalı futbolçusu Kakanın İngiltərənin “Mançester Siti” komandasına mümkün transferi moda dünyasını da ayağa qaldırıb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin manekenlik etdiyi “Giorgio Armani” şirkəti bu keçidin əleyhinədir.

Şirkətin rəhbəri Corco Armani hesab edir ki, Kaka təkbaşına bütün komandadan dəyərlidir: “Klubun vitse-prezidenti Adriano Qallianiyə tövsiyə edərdim ki, Kakanın əvəzinə bütün “Milan”ı satsın. Braziliyalının nə qədər önəmli futbolçu olduğunu söyləmək belə istəmirəm. O həm də əla insandır. Təbii ki, ingilislərin cəlbedici təklifindən imtina etmək çətindir. Amma bununla razılaşmaz da olmaz”.
0