“Neftçi” əcnəbiləri bir-bir geri qaytarır
20.01.2009 - 11:05
“Neftçi” əcnəbiləri bir-bir geri qaytarır
Bakının “Neftçi” klubu braziliyalı hücumçuları bəyənməyib. Apasport.az saytının məlumatına görə, Eduardo Dubala ilə Dieqo Rivaloreni Türkiyənin Antalya şəhərinə baxışa çağıran komandanın alman baş məşqçisi Hans-Yurgen Gede onları geri göndərib. Almaniyanın ikinci bundesliqa təmsilçisi “Duysburq”un 30 yaşlı hücumçusu Valentin Atem yeni hazırlığa qoşulduğu üçün onun haqda hələ qərar verilməyib. Artıq xeyli müddətdir “Neftçi”nin düşərgəsində yer alan slovak Mixal Kubalanın da sınaq müddəti davam edir.

Qeyd edək ki, “Neftçi” Antalyaya baxışa çağırdığı futbolçulardan hələ heç kimi bəyənməyib.
0