Aleks Ferqyusson, Qus Hiddinq, Berti Foqts və Fatih Terim
20.01.2009 - 11:16
Aleks Ferqyusson, Qus Hiddinq, Berti Foqts və Fatih Terim
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) son 13 ilin ən yaxşı baş məşqçilərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, İngiltərənin “Mançester Yunayted” klubunun şotlandiyalı çalışdırıcısı Aleks Ferqyusson planetin ən yaxşısı olub.

1996-cı ildən sonrakı dövrün ən yaxşısı seçilən mütəxəssis bu müddətdə komandasına iki dəfə Çempionlar Liqasını qazandırıb. Hesabında 78 xal olan şotlandiyalı ikinci yerdə qərarlaşan Marçello Lippini 20 xal qabaqlayır. İtaliyalı mütəxəssis milli komandasına dünya çempionluğunu qazandıra bilib. Üçüncü olan “Arsenal”ın fransız baş məşqçisi Arsen Venqerin 53 xalı var. Yığmamızın rəqiblərindən Rusiyanın baş məşqçisi Qus Hiddink 45 xalla dünyada 4-cüdür. Digər rəqibimiz Almaniyanın baş məşqçisi Yoahim Löv isə 12 xalla 34-cü yerə şərikdir.

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts 17 xalla dünyanın 21-ci mütəxəssisidir. O, bu pilləni braziliyalı Mario Zaqalo ilə bölüşür. Alman çalışdırıcı daha çox 13 il əvvəl ölkəsinə qazandırdığı qitə çempionluğunun sayəsində bu mövqedə qərarlaşıb. Foqts məşhur türk mütəxəssis Fatih Terimi də qabaqlayıb. Türkiyə milli komandasının baş məşqçisi son 13 ildə qazandıqlarının əvəzində 13 xal toplayaraq, 31-ci yerdə qərarlaşıb. Digər türk Şenol Günəş 8 xalla 54-cü yerdə qərarlaşan 9 çalışdırıcıdan biridir. “Qalatasaray”ın baş məşqçisi Mixael Skibbe isə 7 xalla 71-ci pillənin şərikidir.
0