“Neftçi”nin bəyənmədiyi futbolçu Türkiyə çempionatının lideri ilə anlaşdı
20.01.2009 - 11:41
“Neftçi”nin bəyənmədiyi futbolçu Türkiyə çempionatının lideri ilə anlaşdı
“Neftçi”nin baxışa dəvət edib bəyənmədiyi Uğur Yıldırım karyerasını Türkiyənin birinci dəstəsində davam etdirəcək. Apasport.az saytının məlumatına görə, türk əsilli hollandiyalı futbolçu “Kasımpaşa” klubu ilə müqavilə bağlayıb. Bir il əvvəl “Qaziantepspor”a keçən Uğur indi həmin qərarına peşman olub: “Bilirəm ki, o vaxt atdığım səhv addım sonrakı karyerama mənfi təsir göstərdi. “Kasımpaşa” ilə çempion olub yenidən Superliqada çıxış edəcəyəm”.

Qeyd edək ki, “Kasımpaşa” Türkiyənin birinci dəstəsi olan Bank Asya Liqdə birinci pillədə qərarlaşıb.
0