Əsgər Abdullayevə uduzan məşqçi məğlubiyyətin səbəbini açıqladı
20.01.2009 - 12:31
Əsgər Abdullayevə uduzan məşqçi məğlubiyyətin səbəbini açıqladı
Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı zamanı Bakının “Olimpik” klubuna uduzan Rusiyanın “Krılya Sovetov” komandasının baş məşqçisi Leonid Slutski məğlubiyyətə səbəb tapıb. Apasport.az saytının məlumatına görə, toplanışla bağlı Rusiya mətbuatına fikir bildirən mütəxəssis təmsilçimizlə oyunda yetirmələrindən tam razı qalmayıb. Buna baxmayaraq, Slutski zəif təsir bağışlayan futbolçularına haqq qazandırmağı da lazım sayıb: “Komanda birinci və sonuncu dəfə bu heyətlə meydana çıxmışdı. Elə bu səbəbdəndir ki, oyunçular arasında anlaşma istənilən səviyyədə deyildi. Bu azmış kimi, həm də təlim-məşq toplanışının sonu olduğundan yorğunluq da özünü göstərdi”.

Qeyd edək ki, “Olimpik”lə matçda “Krılya Sovetov”un əsas heyətinin altı futbolçusu meydana çıxıb. Komandamızın qapısına vurulan qolların birinin də müəllifi Rusiya yığması və Moskva “Spartak”ındakı çıxışları ilə tanınan 39 yaşlı Andrey Tixonov vurub.
0