Ramal Hüseynov isveçli məşqçi ilə çalışacaq
20.01.2009 - 13:28
Ramal Hüseynov isveçli məşqçi ilə çalışacaq
Həmyerlimiz Ramal Hüseynovu heyətinə cəlb edən Türkiyənin “Kocaelispor” klubu daha bir məşqçi ilə anlaşıb. Apasport.az saytının məlumatına görə, Superliqada sonuncu yerdə qərarlaşan komanda baş məşqçi Erhan Altının ardınca isveçli mütəxəssis Yan Stahreni sıralarına qatıb. 51 yaşlı məşqçi “Kocaelispor”da fiziki hazırlıq üzrə çalışacaq. 1958-ci ilin avqustun 18-də Stokholmda anadan olan Stahre buna qədər vətənində “Degerfors”, “Vasbu”, AİK, “Vasalunds” və “İnter” klublarında işləyib.
0