Yeddiqat Ukrayna çempionu Azərbaycanda perspektiv görmədi
20.01.2009 - 15:16
Yeddiqat Ukrayna çempionu Azərbaycanda perspektiv görmədi
Ukrayna milli komandasının sabiq futbolçusu Dmitri Mixaylenko karyerasını Azərbaycanda davam etdirməkdən imtina edib. Apasport.az saytının məlumatına görə, hazırda Kiprin APOP klubunda oynayan 36 yaşlı yarımmüdafiəçi Ukrayna mətbuatına verdiyi müsahibədə klublarımızın ona təklif etdiyi pulların cəlbedici olduğunu bildirib. Milli komandada 23 oyuna 2 qol vuran yeddiqat Ukrayna çempionu Azərbaycan Premyer Liqasında perspektiv görməyib: “Zaporojye “Metallurq”undan ayrıldıqdan sonra mənə zəng gəldi. Azərbaycanda oynamaq təklif edirdilər. Çox böyük paralar da vəd edirdilər. Lakin Azərbaycan çempionatında çıxış etdikdən sonra gələcəyimi görmürdüm. Mənim üçün Kipr daha sanballı təsiri bağışlayır”.

Qeyd edək ki, Mixaylenkonun karyerası ərzində bir çox komandaların formasını geysə də, əsasən “Dnepr” və Kiyev “Dinamo”sundakı çıxışları ilə tanınıb.
0