“İnter” “Birlik Kuboku”nun 1/4 finalında!
20.01.2009 - 16:18
“İnter” “Birlik Kuboku”nun 1/4 finalında!
Bakının “İnter” klubu bu gün “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku” turnirinin qrup mərhələsində üçüncü görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu Latviyanın “Ventspils” komandasıyla görüşdə 2:0 hesablı qələbə qazanaraq, ¼ finala yüksəlib. Komandamızdan qolları Çervenko və Auqusto vurub. Qrupdakı digər matçda - “Dordoy-Dinamo” (Qırğızıstan) - “İnter” (Finlandiya) görüşündə qalib müəyyənləşmədiyindən (3:3), Valentin Xodukinin başçılıq etdiyi kollektiv qrup lideri kimi növbəti mərhələdə oynamaq hüququ qazanıb.

1. “İnter” (Azərbaycan) 3 oyun 7 xal
2. “Ventspils” (Latviya) 3 oyun 6 xal
3. “Dordoy-Dinamo” (Qırğızıstan) 3 oyun 2 xal
4. “İnter” (Finlandiya) 3 oyun 1 xal


Komandamızın növbəti mərhələdə rəqibi Tacikistan çempionu "Reqar-TadAZ" olacaq.
0