Qurban Qurbanovun tam fərqli komandası
21.01.2009 - 00:03
Qurban Qurbanovun tam fərqli komandası
“İlk matçların ağır olduğu məlumdur. Yoxlama oyunlarının əsas mahiyyəti səhvləri görmək və nəticə çıxarmaqdır. Demək olar ki, hamıya şans verdim. Sadəcə, Ayxan Abbasov zədə ucbatından forma geyinə bilmədi. Emin İmaməliyev isə 15 dəqiqə meydanda oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib. Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı zamanı “Besa” (Albaniya) ilə yoxlama görüşündən sonra klubun saytına açıqlama verən Qurbanovun fikrincə, nəticədən olmasa belə, oyundan razı qalıb: “Futbolçuların “yanmasından” razı qaldım. Hər top uğrunda canla-başla mübarizə aparırdılar. Rəqib hazır komanda idi. Amma buna baxmayaraq, uşaqlar albanlardan geri qalmadılar. Hələ 3 həftə vaxtımız var. Ona qədər daha yaxşı çalışacağıq. Çempionat başlayanda tam fərqli komanda görəcəyik”.
0