Sabiq futbolçusu “İnter”ə qarşı?
21.01.2009 - 10:51
Sabiq futbolçusu “İnter”ə qarşı?
Azərbaycanlı futbolçular Elmar Xeyirovla Arzu Nəsibovun çıxış etdiyi Belarusun “MTZ-RİPO” klubu “MDB və Baltika ölkələrinin çempionlarının Birlik kuboku” turnirində növbəti qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin son turunun oyunlarından asılı olmayaraq, ¼ finala vəsiqəni təmin edən Minsk təmsilçisi Rusiyanın gənclərdən ibarət milli komandasını məğlub edib. Yetirmələrinin 2:0 hesabı ilə qalib gəldiyi oyunda belarusluların baş məşqçi Yuri Puntus həmyerlilərimizin hər ikisinə ilk dəfə start heyətində yer verib. Nəsibov fasilədə əvəzlənibsə, Xeyirov 60-cı dəqiqəyədək meydanda olub. Qələbəyə baxmayaraq, qrup ikincisi olan minsklilər ¼ finalda Qazaxıstan çempionu “Aktobe” ilə görüşəcək. Bakının “İnter” klubu bir müddət komandanın şərəfini qorumuş Xeyirovla rəqib kimi qarşılaşa bilər. Belə ki, həm “MTZ-RİPO”nun, həm də Tacikistanın “Reqar-TadAZ” klubu ilə qarşılaşan bakılıların qələbə qazanacağı halda, onların yolları yarımfinalda kəsişəcək.
0