Azərbaycan - Almaniya oyununun hazırlığı 7 ay qabaqdan başlanır
21.01.2009 - 11:09
Azərbaycan - Almaniya oyununun hazırlığı 7 ay qabaqdan başlanır
Almaniya Futbol İttifaqının nümayəndələri Volfqanq Virtmann və Corc Belau fevralın 3-də Azərbaycana gələcək. Apasport.az-ın AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, səfərdə əsas məqsəd dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan - Almaniya oyununa hazırlıq məsələlərinin həllidir.

Qonaqlar Almaniya yığmasının məskunlaşması üçün otel seçimi ilə məşğul olacaq, həmçinin məşqlərin və görüşün keçiriləcəyi stadionlara baş çəkəcəklər. Volfqanq Virtmann və Corc Belau fevralın 6-da vətənə qayıdacaqlar.

Qeyd edək ki, Azərbaycan və Almaniya milli komandaları arasında matç bu il avqustun 12-də oynanılacaq.
0