Dünyanın ən məhsuldar hücumçularından biri “Neftçi”də baxışda olub
21.01.2009 - 11:13
Dünyanın ən məhsuldar hücumçularından biri “Neftçi”də baxışda olub
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) karyerasını davam etdirən ən məhsuldar oyunçuların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, güclülər dəstəsində ən azı 200 qol vuran futbolçulardan 23-ü çıxışlarını davam etdirir. İndiyədək 291 qolun müəllifi olan Uelsin “Portmadoq” klubunun hücumçusu Mark Lloyd Uiyams dünyanın ən məhsuldar futbolçusudur. O, qvatemalalı Xuan Karlos Plata və şimali irlandiyalı Qlen Ferqyusonu cəmi bir top qabaqlayır.

Bir müddət əvvəl Bakının “Neftçi” klubunun maraq dairəsində olan, hətta Bakıya gələn Özbəkistan yığmasının sabiq oyunçusu Cəfər İrismetov 222 qolla bu siyahıda 12-ci yerdədir. Ötən həftə keçirilən yoxlama matçında “Feyenoord”un heyətində flaqmanın qapısına qol vuran hollandiyalı Roy Makay isə 239 qolla 10-cu pillədə qərarlaşıb.
0