Azərbaycan yığması “Polis club”da oynayacaq
21.01.2009 - 11:16
Azərbaycan yığması “Polis club”da oynayacaq
Azərbaycan və Özbəkistan milli komandalarının Birləşmiş Ərəb Əmirliklərində qarşılaşacağı stadion bəlli olub. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, bu oyun Dubay şəhərindəki “Polis club” arenasında baş tutacaq. Fevralın 1-də keçirilməsi nəzərdə tutulan bu qarşılaşmanın başlanma saatı da dəqiqləşib. Belə ki, Azərbaycan – Özbəkistan matçı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
0