Andrey Rubin hələ Azərbaycanda oynamaq istəyir
21.01.2009 - 11:40
Andrey Rubin hələ Azərbaycanda oynamaq istəyir
“Əla kollektivimiz var. Belə komandada mümkün qədər çox oynamaq istəyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun futbolçusu Andrey Rubin deyib.

Latviya yığmasının yarımmüdafiəçisi Rusiya mətbuatına karyerasını Azərbaycanda davam etdirməkdən razı olduğunu bildirib: “Oynadığım bütün klubları seçməyimə görə heç vaxt peşman deyiləm. Zaman göstərib ki, həmişə seçimimi düzgün etmişəm. Artıq məşqçilər də mənə güvənir. Hətta isti havada oynamağa da öyrəşirəm. Ən azı 40 dərəcədən artıq isti belə mənim üçün təəccüblü deyil. Azərbaycan çempionatının səviyyəsi də kifayət qədər yüksəkdir. Tanınmış və səviyyəli məşqçilər, futbolçular dəvət olunur. Belə peşəkarların çoxluğu isə futbolun ümumi səviyyəsinin qalxmağına şərait yaradır”.

Qeyd edək ki, ötən ilin avqustunda “İnter”ə keçən Rubin hazırda komandası ilə birgə Moskvada keçirilən “MDB və Baltika ölkələrinin çempionlarının Birlik kuboku” turnirində iştirak edir.
0