10 manata hakimi söymək olar!
21.01.2009 - 11:54
10 manata hakimi söymək olar!
Bu gün AFFA-nın Nizam-İntizam Komitəsinin növbəti iclası keçirilib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, gündəlikdəki məsələ futzal üzrə həvəskarların ölkə çempionatı çərçivəsində “Normiçro” – “Qarabağ veteranları” oyununda baş verən xoşagəlməz olaylarla bağlı olub. Görüşün 33-cü dəqiqəsində rəqibi vurduğu üçün qırmızı vərəqə alıb meydandan çıxarılan “Qarabağ veteranları”nın oyunçusu Elçin Əzimov 2 oyunluq cəzalandırılıb, klub isə 10 manat cərimə olunub. Bu futzalçı qırmızı vərəqə aldıqdan sonra bununla razılaşmayaraq, hakimi təhqir etdiyi üçün əlavə olaraq 2 oyunluq diskvalifikasiya olunub, klub isə 10 manat cərimələnib. Ümumilikdə, Elçin Əzimov 4 oyunluq kənarlaşdırılıb, klub isə 20 manat cərimə olunub. “Qarabağ veteranları”nın digər futzalçısı Kamran Hacıyev isə 40-cı dəqiqədə rəqibini vurduğuna görə qırmızı vərəqə alaraq meydandan çıxarılıb. İdmançıya yaraşmayan bu hərəkətinə görə 2 oyunluq cəzalandırılan Kamran klubunu 10 manat xərcə salıb.
Həmin dəqiqədə “Normicro”nun oyunçusu Səməd Cavanşir rəqibini vurub, meydandan çıxarıldığı üçün 2, komandanın məşqçisi Fuad Zeynalov rəqib futzalçıya zərbə endirdiyi üçün 4 oyunluq kənarlaşdırılıb.
0