“Ştutqart”ın oyunu azərbaycanlı hakimlərə tapşırıldı
21.01.2009 - 13:22
“Ştutqart”ın oyunu azərbaycanlı hakimlərə tapşırıldı
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan azərbaycanlı hakimlər xarici klubların yoxlama oyunlarına təyinat alıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, hakimlərimiz bu gün beş oyun idarə edəcək. Antalyaya hazırlığa gələn bir sıra klublar onların sınaq matçlarını azərbaycanlı hakimlərin idarə etməsinə etiraz etməyiblər.

Saat 13:00. “Taras” (Qazaxıstan) – OİK (Rusiya)
Baş hakim: Ramil Diniyev
Yan xətt hakimləri: İlham Əliyev, Azad Ə.Hüseynov
Ehtiyat hakim: Rasim Məmmədov

Saat 13:00. “Çernomorets” (Rusiya) – “Salyut-Enerji” (Rusiya)
Baş hakim: Samir Hüseynov
Yan xətt hakimləri: Vaqif Musayev, Habil Əliyev
Ehtiyat hakim: Rəhim Həsənov

Saat 15:00. “Çernomorets” (Ukrayna) – “Dinamo” (Albaniya)
Baş hakim: Azad Mütəllimov
Yan xətt hakimləri: Elşən Durmuşov, İsgəndər Əliyev
Ehtiyat hakim: Elvin Əliyev

Saat 16:00. “Amkar” (Rusiya) – “Offenberq” (Almaniya)
Baş hakim: Fuad Həsənov
Yan xətt hakimləri: Rauf Cabbarov, Azad Q.Hüseynov
Ehtiyat hakim: Tağı Məmmədov

Saat 17:00. “Timişoara” (Rumıniya) – “Ştutqart-2” (Almaniya)
Baş hakim: Feyzulla Feyzullayev
Yan xətt hakimləri: Orxan Məmmədov, Aleksandr Musatkin
Ehtiyat hakim: Əfqan Həmzəyev

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının ikinci dövrəsinə daha yaxşı hazırlaşmaq məqsədilə Antalyada təlim-məşq toplanışında olan hakimlərimiz yanvarın 30-a qədər orada olacaq. Türkiyəyə yollanan 46 hakimdən 21-i baş, 25-i yan xətt hakimidir.
0