“Karvan” ilk oyunda qələbə qazandı
21.01.2009 - 13:53
Türkiyədə təlim-məşq toplanışında olan Yevlaxın “Karvan” klubu ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Yunis Hüseynovun yetirmələri Antalyada Qazaxıstanın “Atırau” komandasını sınağa çəkib. Yevlaxlılar bu görüşdə 3:2 hesabı ilə qalib gəliblər. Təmsilçimizin qollarını Namiq Əliyev, Anatoli Doroş və Tural Nərimanov vurub.
Qeyd edək ki, ötən il Qazaxıstan çempionatının güclülər dəstəsində 15-ci yeri tutaraq birinci dəstəyə düşən “Atırau” sabah digər təmsilçimiz “Xəzər-Lənkəran”la görüşəcək.
Qeyd edək ki, ötən il Qazaxıstan çempionatının güclülər dəstəsində 15-ci yeri tutaraq birinci dəstəyə düşən “Atırau” sabah digər təmsilçimiz “Xəzər-Lənkəran”la görüşəcək.
- Çempionlar Liqası: "Kayrat" "Omoniya"ya qarşı - YENİLƏNİR
- "Neftçi" və "Başakşəhər"in matçları bu kanallarda - TV AFİŞA
- "Vulverhempton"da qalmaqal – Məşq ləğv olundu, təhlükəsizlik gücləndirildi
- FİFA-dan BMT-yə – Tramp İnfantinonu Baş katibliyə namizəd göstərir
- Vinçenzo Montellaya ağır itki – Bacısı vəfat etdi
0
0