Giray Bulak: Rəşad Sadıqov getsin problemlərini həll etsin
21.01.2009 - 14:53
Giray Bulak: Rəşad Sadıqov getsin problemlərini həll etsin
“Rəşad Sadıqovla görüşdüm. O, komandamızda oynamaq istəyirdi. Amma...”. Bu sözləri apasport.az saytına açıqlamasında Türkiyənin “Konyaspor” klubunun baş məşqçisi Giray Bulak deyib.

Bulak bildirib ki, “Neftçi” klubunun əsas heyətindən qovulan 27 yaşlı müdafiəçinin “Konyaspor”a keçmək istəyi ilə iş bitmir: “Bunun üçün Rəşad gedib problemlərini həll etməlidir. O, hazırda düşərgəmizdə deyil, “Konyaspor”un sıralarını tərk edərək, İstanbula yollandı. Orada kiminləsə görüşəcək”.
0