“Xəzər-Lənkəran” Bundesliqanın liderinə qarşı
21.01.2009 - 15:36
“Xəzər-Lənkəran” Bundesliqanın liderinə qarşı
“Xəzər-Lənkəran” Türkiyədəki hazırlıq prosesini Almaniyanın “Allemaniya” klubu ilə görüşlə başa vuracaq. Apasport.az saytının məlumatına görə, Lənkəran təmsilçisi Antalya təlim-məşq toplanışının sonuncu günündə - yanvarın 27-də ikinci bundesliqanın liderlərindən biri ilə yoxlama oyunu keçirəcək. Ahen şəhərini təmsil edən “Allemaniya” ilk dövrədən sonra 5-ci yerdə gedir və liderdən 2 xal geri qalır.

“Xəzər-Lənkəran”ın qarşıdakı iki rəqibi isə Qazaxıstan təmsilçiləridir. “Atırau” ilə sabahkı oyundan fərqli, “Taraz”la görüş sonradan dəqiqləşib. “Taraz” ötən mövsümün yekununda ölkə Superliqasına vəsiqə qazanıb. Hazırkı toplanışda qazaxlarla görüşən “Xəzər-Lənkəran” son ölkə çempionu “Aktobe”ni 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, İqor Ponomaryovun çalışdırdığı “Xəzər-Lənkəran” Antalyada keçirdiyi 4 yoxlama oyununun üçündə qalib gəlib, birində uduzub.
0