Eto’onu qovdular
21.01.2009 - 15:57
İspaniyanın “Barselona” klubunun baş məşqçisi Xosep Qvardiola kamerunlu futbolçu Samuel Eto’onu məşqdən qovub. Apasport.az saytının məlumatına görə, hücumçunun ölkə kubokunun “Espanyol”la görüşünə hazırlaşan komandanın məşqindəki hərəkətləri baş məşqçinin qəzəbinə səbəb olub. Özünü çox aqressiv aparan və oyundaşları ilə mübahisələrə girişən Samuelə əvvəl xəbərdarlıq edən Qvardiola onun sakitləşmədiyini görərək, məşqdən qovmağa məcbur olub. Lakin məşqi tərk etmək istəməyən kamerunlu hətta məşqçisi ilə də mübahisə etməkdən çəkinməyib. Futbolçunun cəzalanıb-cəzalanmayacağı ilə bağlı qərar hələ verilməyib.
- Çempionlar Liqası: "Kayrat" "Omoniya"ya qarşı - YENİLƏNİR
- "Neftçi" və "Başakşəhər"in matçları bu kanallarda - TV AFİŞA
- "Vulverhempton"da qalmaqal – Məşq ləğv olundu, təhlükəsizlik gücləndirildi
- FİFA-dan BMT-yə – Tramp İnfantinonu Baş katibliyə namizəd göstərir
- Vinçenzo Montellaya ağır itki – Bacısı vəfat etdi
0
0