“Bakı”da zədə epidemiyası
21.01.2009 - 17:49
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Bakı” problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, komandamızın düşərgəsində zədə epidemiyası yaranıb. Müdafiəçi Cəmşid Məhərrəmovla moldovalı yarımmüdafiəçi Vadim Borets hərarətləri yüksək olduğu üçün bugünkü məşqdə iştirak etməyiblər. Bolqar müdafiəçi Stanislav Baçev əzələsini dartdığından fərdi plan üzrə çalışır. Daha öncə zədələnən “Bakı”nın müdafiəçiləri – kapitan Rafael Əmirbəyov, yeni transfer Saşa Yunisoğlu və bolqar müdafiəçi Aleksandar Tomaş da zədəsini hələ sağaltmayıb. Bu futbolçuların yaxın günlərdə yenidən sıraya dönəcəyi gözlənilir.
- “Fulhem” “Real”ın hücumçusu üçün danışıqlara başladı
- Foden "Mançester Siti"də qaldı – Yeni müqavilə imzaladı
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
0
0