Yığmamızın futbolçusu “Anderlext”də debüt etdi
21.01.2009 - 18:45
Yığmamızın futbolçusu “Anderlext”də debüt etdi
“Bakı” klubunun hücumçusu Bəxtiyar Soltanov Belçika çempionatında debüt edib. Apasport.az saytının məlumatına görə, olimpiya yığmamızın da şərəfini qoruyan 20 yaşlı futbolçu “Anderlext”in heyətində əvəzedicilərin birinciliyində “Serkl Brügge” komandası ilə görüşün 60-cı dəqiqəsində Lukakukun əvəzinə meydana çıxıb. Belçikalılar 30 dəqiqə meydanda olan futbolçumuzun qol vura bilməsə də, xoş təsir bağışladığını qeyd edib. “Anderlext” Soltanov meydana çıxandan sonra daha iki dəfə rəqib qapısına yol taparaq, böyük hesablı qələbə qazanıb – 5:1.

Bəxtiyarla birgə “Anderlext”in düşərgəsinə yollanan “Bakı”nın digər futbolçusu – qapıçı Aqil Məmmədov da komanda yoldaşından geri qalmır. Aqil tanınan belçikalı qapıçı Filip De Vildenin rəhbərliyi altında intensiv məşq prosesi keçir.
0