Subaşiçin son qolu
22.01.2009 - 00:19
Azərbaycan yığmasının futbolçusu Branimir Subaşiçin çıxış etdiyi Serbiyanın “Srvena Zvezda” klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Kiprdə təlim-məşq toplanışı keçirən Belqrad təmsilçisi yerli “Onisilos”la qüvvəsini sınayıb. Hər hissədə bir heyətlə mübarizə aparan “Srvena Zvezda” 3:0 hesabı ilə qalib gəlib. Branimir ikinci hissədə meydana çıxan “11-lik”də yer alıb. Meydanda olduğu 8-ci dəqiqədə fərqlənən 27 yaşlı hücumçu komandasının sonuncu qoluna imza atıb.
- “Fulhem” “Real”ın hücumçusu üçün danışıqlara başladı
- Foden "Mançester Siti"də qaldı – Yeni müqavilə imzaladı
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
0
0