“Kocaelispor” azərbaycanlı futbolçu haqda qərar verə bilmir
21.01.2009 - 19:33
“Kocaelispor” azərbaycanlı futbolçu haqda qərar verə bilmir
Türkiyənin “Kocaelispor” klubu həftəsonu keçiriləcək Superliqanın “Hacettepe” ilə oyununa hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, maliyyə problemləri üzündən ciddi sıxıntılarla üzləşən İzmit təmsilçisi hələ də heyətini tam komplektləşdirə bilməyib. Belə ki, kocaelilər baxışdan keçirdiyi iki oyunçu ilə bağlı hansı qərar verəcəyini müəyyənləşdirməkdə çətinlik çəkir. Bu səbəbdəndir ki, Azərbaycan milli komandasının sabiq futbolçusu Ramal Hüseynov hələ də “Kocaelispor”un düşərgəsində, həm də qeyri-müəyyənlikdə qalıb. Klub rəhbərliyi Antalya toplanışında sınadığı yarımmüdafiəçinin hələ bir müddət İzmitdə də gözdən keçirməyə məcbur olub. “Kocaelispor”un icraçı-direktoru Nəciməddin Çelikhan da apasport.az saytına açıqlamasında Ramalın keçidinin rəsmiləşmədiyini təsdiqləyib. Transfer məsələləri ilə məşğul olan bu şəxs bir müddət öncə düşərgələrində yer alan, sonradan isə “Konyaspor”a yollanan milli komandamızın kapitanı Rəşad Sadıqovun qayıtmasını təkzib edib.
0