“Neftçi” “Xəzər-Lənkəran”dan güclü çıxdı
21.01.2009 - 21:55
Türkiyənin Antalya şəhərində toplanışda olan Bakının “Neftçi” klubu növbəti yoxlama matçını keçirib. Komandanın mətbuat xidmətinin rəhbəri Səbuhi Səfiyarlının apasport.az saytına verdiyi məlumata görə, Rusiya təmsilçisi “Salyut-Enerji” ilə qarşılaşan flaqman oyunun gedişində hesabda geri qalsa da, sonradan bərabərlik topunu vuraraq, məğlubiyyətdən yaxa qurtarıb – 1:1.
İki gün sonra daha bir görüş keçirməyi planlaşdıran “Neftçi” yanvarın 24-də Vətənə qayıdacaq.
Qeyd edək ki, Rusiyanın birinci divizionunda çıxış edən “Salyut-Enerji” az öncə “Xəzər-Lənkəran”la keçirdiyi yoxlama oyununda 2:1 hesabı ilə qələbə qazanıb.

- “Fulhem” “Real”ın hücumçusu üçün danışıqlara başladı
- Foden "Mançester Siti"də qaldı – Yeni müqavilə imzaladı
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
0
0