Azərbaycanlı futbolçular “Birlik kuboku” ilə vidalaşdı
22.01.2009 - 10:45
Azərbaycanlı futbolçular “MDB və Baltikyanı ölkələrin Birlik kuboku” turnirində çıxışlarını dayandırıblar. Apasport.az saytının məlumatına görə, Elmar Xeyirovla Arzu Nəsibovun formasını geyindiyi Belarusun “MTZ-RİPO” klubu yarışın yarımfinalına çıxa bilməyib. Bu mərhələdə Azərbaycan çempionu “İnter”lə qarşılaşmaq üçün Qazaxıstan çempionu “Aktobe”yə qalib gəlməli olan Minsk təmsilçisi bu vəzifənin öhdəsindən gələ bilməyib. Belə ki, belaruslular ¼ final matçında böyük hesabla məğlub olublar – 1:4. Bu görüşdə Nəsibova şans verməyən baş məşqçi Yuri Puntus Elmarı 63-cü dəqiqədə meydana buraxıb. Hesab 1:4 olarkən mübarizəyə qoşulan həmyerlimiz komandasının oyunda dönüş yaratmaq istəyinə kömək edə bilməyib.
Qeyd edək ki, “Birlik kuboku” turnirində Xeyirov 4 matçda 109, Nəsibov isə 2 görüşdə 58 dəqiqə meydanda olub.
Qeyd edək ki, “Birlik kuboku” turnirində Xeyirov 4 matçda 109, Nəsibov isə 2 görüşdə 58 dəqiqə meydanda olub.
- “Bir forma, bir irs” – “Real”ın yeni səfər forması - FOTO
- "Dinamo" gənc futbolçusu ilə müqaviləni yenilədi – 5 illik saziş
- Qvardiola İtaliyaya “yox” deməyə hazırlaşır – Maaş və istirahət...
- "Hall Siti" Premyer Liqaya hazırlaşır: Tarqettlə 2 illik müqavilə
- FTB Argentina Futbol Assosiasiyasının prezidentini Nyu-York aeroportunda saxlayıb
0
0