Azərbaycan – Küveyt görüşü Dubayda baş tutmayacaq
22.01.2009 - 12:14
Azərbaycan milli komandası Küveytlə yoldaşlıq görüşünü hazırlıqda olacağı Dubay şəhərində keçirməyəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yığmamız küveytlilərlə Əl-Küveyt şəhərindəki “National” stadionunda görüşəcək. Fevralın 11-də keçiriləcək yoxlama matçının başlanma vaxtı da dəqiqləşib. Belə ki, oyun Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.
Qeyd edək ki, yanvarın 27-də Birləşmiş Ərəb Əmirliklərini Dubay şəhərinə təlim-məşq toplanışına yollanacaq milli komandamız fevralın 1-də “Polis club” stadionunda Bakı vaxtı ilə saat 17:00-da Özbəkistanla oyuna çıxacaq. Alman mütəxəssis Berti Foqtsun çalışdırdığı milli komandamız fevralın 12-nə təlim-məşq toplanışının sonuna yaxın Birləşmiş Ərəb Əmirliklərindən Küveytə yollanaraq, ordan ölkəmizə qayıdacaq.

- “Bir forma, bir irs” – “Real”ın yeni səfər forması - FOTO
- "Dinamo" gənc futbolçusu ilə müqaviləni yenilədi – 5 illik saziş
- Qvardiola İtaliyaya “yox” deməyə hazırlaşır – Maaş və istirahət...
- "Hall Siti" Premyer Liqaya hazırlaşır: Tarqettlə 2 illik müqavilə
- FTB Argentina Futbol Assosiasiyasının prezidentini Nyu-York aeroportunda saxlayıb
0
0