Arda Turan - “Gələcəyin 25 ulduzu”ndan biri
22.01.2009 - 12:47
Arda Turan - “Gələcəyin 25 ulduzu”ndan biri
İngiltərənin nüfuzlu “Tayms” qəzeti dünyanın gələcək 25 futbol ulduzunu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, siyahıya qonşu Türkiyədən də bir futbolçunun adı düşüb. Bu, Türkiyə yığmasının və “Qalatasaray”ın yarımmüdafiəçisi Arda Turandır.

22 yaşlı futbolçu haqda bu sözlər yazılıb: “Arda texnikalı və ağıllı oyunçudur. Avro-2008-də mükəmməl oyun göstərdi. O, İngiltərə klublarının transfer siyahısında yer alır”.

“Gələcəyin 25 ulduzu” arasında Arda Turanla yanaşı, Aleşandro Pato (“Milan”), Boyan Krkiç (“Barselona”), Aaron Ramsey (“Arsenal”), Breno (“Bavariya”), Vedad İbişeviç (“Hoffenheym”) və başqaları var.
0