Hakan Şükür futbol tarixinin seçilənləri siyahısında
22.01.2009 - 13:05
Hakan Şükür futbol tarixinin seçilənləri siyahısında
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən məhsuldar hücumçularının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, sıralamada milli çempionatların güclülər dəstəsində ən azı 200 qol vuranlar yer alıb. Futbol kralı Pele hamıdan çox qol vuran oyunçudur. Lakin braziliyalının özü də ən yaxın izləyicisi olan çex Biscanın orta məhsuldarlığına həsəd apara bilər. Ümumiyyətlə, ilk “onluq”da 4 braziliyalı və 3 macar yer alıb.

200 qol həddini keçən 309 futbolçu arasında Türkiyə milli komandasının 5 sabiq üzvü də var. Onlardan yalnız Hakan Şükür ilk “100-lük”də qərarlaşıb. Türkiyə çempionatında oynamış daha 4 futbolçu da siyahıdadır. Arveladze ilk “100-lük”dədirsə, “Qalatasaray”la tarix yazanlar Hacı və Jardel nisbətən az qol vurub. Van Hooydonk da Superliqadakı qolları sayəsində bu həddə çata bilib.

Postsovet məkanının məşhur oyunçularından Oleq Bloxinlə Oleq Protasov da siyahıda yer alıb. SSRİ çempionatlarında dəfələrlə Bakıya gəlib “Neftçi” ilə qarşılaşan bu iki futbolçu kimi, Roy Makay və Cəfər İrismetov da bakılılara tanışdı. Flaqmanın bu il buraxdığı ilk qolun müəllifi olan hollandiyalı da, bakılıların baxışa çağırdığı özbək də 200 qol həddini çoxdan keçib.

Dünya futbolunun tanınan simalarından Dieqo Maradona ilə Mişel Platini də bombardirlərin siyahısında qərarlaşıb. Pelenin “Futbol kralı” adına şərik göstərilən argentinalı UEFA prezidentini 52 top qabaqlayır.

Qeyd: Mətin Oktayın güclülər dəstəsində keçirdiyi oyunların dəqiqi sayı məlum deyil.


yer

futbolçu

oyun

qol

1

Pele (Braziliya)

560

541

2

Yozef Biscan (Çexiya)

341

518

3

Ferents Puşkaş (Macarıstan)

533

511

4

Romario (Braziliya)

612

489

5

Karlos Roberto de Oliveyra Dinamit (Braziliya)

458

470

6

İmre Şlosser (Macarıstan)

318

417

7

Qyula Şenqeller (Macarıstan)

394

416

8

Ceyms Edvard Makqrodi (Şotlandiya)

408

410

9

Ziko (Braziliya)

596

406

10

Herd Müllür (Almaniya)

507

405

...81

Hakan Şükür (Türkiyə)

534

268

...86

Şota Arveladze (Gürcüstan)_

430

263

...94

Diyeqo Maradona (Argentina)

490

259

...143

Tanju Çolak (Türkiyə)

281

239

...145

Roy Makay (Hollandiya)

485

239

...169

Mario Jardel (Braziliya)

284

231

...184

Georgi Hacı (Rumıniya)

485

227

...189

Mətin Oktay (Türkiyə)

-

226

...190

Van Hoydonk (Hollandiya)

372

226

...202

Cəfər İrismetov (Özbəkistan)

378

222

...206

Hami Mandıralı (Türkiyə)

499

222

...232

Oleq Bloxin (Ukrayna)

471

217

...245

Oleq Protasov (Ukrayna)

446

213

...272

Mişel Platini (Fransa)

400

207

...307

Aykut Kocaman (Türkiyə)

352

200

0