Rəşad Sadıqov Türkiyədə kimi aldadıb?
22.01.2009 - 13:24
Rəşad Sadıqov Türkiyədə kimi aldadıb?
Azərbaycan yığmasının futbolçusu Rəşad Sadıqov Türkiyədə klub aldatmaqda ittiham olunur. Apasport.az saytının məlumatına görə, türk həmkarlarımız 27 yaşlı müdafiəçinin “Sakaryaspor” komandasını aldatdığını iddia edirlər.

“Neftçi”dən qovulan Sadıqovdan hələ də əlini üzməyən sakaryalılar onunla təxminən yarım ay əvvəl razılığa gəlibmiş. Belə ki, Türkiyə çempionatının birinci dəstəsində sonuncu pillədə qərarlaşan “Sakaryaspor” “Kocaelispor”dan əvvəl Rəşadla danışıqlara başlayıbmış.

Türk jurnalistlərin sözlərinə görə, hələ yanvarın 9-da klubun axşam məşqinə qatılmalı olan müdafiəçi sakaryalıların gözünü yolda qoyub. Həmin məşqə qatılmayan Sadıqov bunadək klub rəhbərliyi ilə bir-birinin əlini də sıxıbmış. Amma digər autsayder “Kocaelispor”un araya girməsi “Sakaryaspor”u çətin vəziyyətə qoyub. Lakin onlar iki autsayder arasında var-gəl edən futbolçumuzu yenə heyətində görmək istəyir.
0