“Xəzər-Lənkəran” üçün zəruri addım
22.01.2009 - 13:46
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Xəzər Lənkəran”ın hazırlıq proqramında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi İqor Ponomaryovun təşəbbüsüylə Qazaxıstanın “Taraz” klubu ilə oyundan imtina olunub. O, yanvarın 24-də daha ciddi rəqiblə qarşılaşmaq imkanı yarandığından bu addımı atmağı zəruri sayıb. Belə ki, iki il əvvəl Azərbaycan çempionu olan “Xəzər Lənkəran” birisi gün Rusiyanın birinci dəstə təmsilçisi Xabarovskun “OİK-Energiya” klubuyla qarşılaşacaq.
Qeyd edək ki, “Xəzər-Lənkəran” növbəti yoxlama görüşünü bu gün Qazaxıstanın başqa bir təmsilçisi “Atırau”ya qarşı keçirəcək.
Qeyd edək ki, “Xəzər-Lənkəran” növbəti yoxlama görüşünü bu gün Qazaxıstanın başqa bir təmsilçisi “Atırau”ya qarşı keçirəcək.
- “Bir forma, bir irs” – “Real”ın yeni səfər forması - FOTO
- "Dinamo" gənc futbolçusu ilə müqaviləni yenilədi – 5 illik saziş
- Qvardiola İtaliyaya “yox” deməyə hazırlaşır – Maaş və istirahət...
- "Hall Siti" Premyer Liqaya hazırlaşır: Tarqettlə 2 illik müqavilə
- FTB Argentina Futbol Assosiasiyasının prezidentini Nyu-York aeroportunda saxlayıb
0
0