“Rəşad Sadıqovun harada oynayacağı haqda qərarı baş məşqçi Gede verəcək”
22.01.2009 - 14:32
“Rəşad Sadıqovun başqa komandaya keçidi üçün nə mənə, nə də klubumuzun prezidentinə müraciət edilib”. Bunu apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun vitse-prezidenti İlqar Quluzadə deyib.
O, sabiq futbolçusunun adının hallandığını Türkiyənin “Kocaelispor” və “Konyaspor” klubları ilə razılığa gələ bilməməklə bağlı fikirlərini rədd edib: “Axı heç kim bizə bu barədə müraciət etməyib. Olsaydı, deyərdim də. Burada heç bir məxfi iş yoxdur ki, onu gizlədəsən. Transfer məsələləri telefonla danışılmır. Bunun həll olunmasının qayda-qanunları var. Klub hansısa futbolçunu almaq istəyirsə, onun məxsus olduğu komandanın prezidentinin adına rəsmi məktub göndərir. Bu, normal bir şeydir. Transfer məsələsi futbolçu ilə yox, iki klub arasında həll olunur. Rəşadı almaq istəyən komanda bizə müraciət etsin və danışıqlara başlayaq”.
Üç illik fasilədən sonra karyerasını yenidən Türkiyədə davam etdirmək arzusunda olan yığmamızın 27 yaşlı kapitanı ümid edir ki, “Neftçi” ona problem yaratmayacaq. Amma Quluzadənin fikrincə, bunun üçün müdafiəçini transfer etmək istəyən klubla rəsmi səviyyədə danışıqlar olmalıdır: “Rəşadın klubumuzla müqaviləsi var. Belə olan halda, onun keçidi ilə bağlı bizimlə danışıqlar aparılmalıdır. Müqaviləsi olan futbolçu üçün müəyyən məbləğdə kompensasiya istənilə bilər. Bu, danışıqların nəticəsindən asılı olacaq. Rəşadın gələcək karyerası ilə bağlı bir şey deyə bilmərəm. Premyer Liqamızda qış “transfer pəncərəsi” fevralın 13-də bağlanır. Sadıqov özünə bir klub tapa bilməsə, “Neftçi”yə qayıtmalıdır. Düşünmürəm ki, yenidən “Neftçi-2”də çıxış edəcək. Hər halda, Rəşadın hansı komandamızda oynayacağı haqda qərarı baş məşqçi verəcək”.

0
0